“Qarabağ”a transfer olunacağı göslənilən ispaniyalı futbolçu Dani Quntananın bu gün müqavilə üçün Bakıya gəldiyini bildirmişdik. Amma, müqavilə bağlamaq bu gün baş tutmaya da bilər.
Sportarena.az saytına klubdan verilən məlumata görə, futbolçulə ilə müqavilə bağlanması sabaha saxlanıla bilər. Buna səbəb “Qarabağ” rəhbərliyinin əsas fikrinin “Qəbələ”ilə oyunda olmasıdır.
Qeyd edək ki, Dani ilə 3 illik müqavilə bağlanılacağı gözlənilir. Müqavilənin dəyəri isə 300-400 min dollar civarında olacaq.