"Bakı" rəsmisi təsdiqlədi: "Dövlətə 200 min manat borcumuz var"

14:49 28 Fevral 2015

Vergilər Nazirliyi açıqladığı siyahıda “Bakı” klubunu dövlətə borclu kimi göstərmişdi. Klubun vitse-prezidenti Yaşar Seyidov bu məlumatı təsdiqləyib.

 

Seyidov Sportarena.az saytına verdiyi açıqlamada borclarının miqdarını və səbəblərini göstərib.

“Əgər oyunçulara aylarla maaşlarını verə bilmiriksə, məntiqə uyğun olaraq onların maaşlarından vergiyə çatmalı olan pullar da verilmir. Xəbər doğrudur. Bizim dövlətə 200 min manat borcumuz var”. – deyə Seyidov bildirib.

 

 


Digər xəbərlər

Xəbər xətti