Berti Foqts Seneqal yığmasını çalışdıra bilər

15:28 28 Fevral 2015

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Seneqal yığmasının baş məşqçi postuna namizədlər sırasına düşüb.

 

 

Sportarena.az "Afrik-foot"a istinadənxəbər verir ki, almaniyalı mütəxəssisin meneceri Folker Mayer Seneqal Futbol Federasiyasının qapısını döyüb.

B.Foqtsdan başqa bu addımı fransalı Valerian İsmael, eləcə də almaniyalı Mixael Önninq və Uve Resler də F.Mayerin köməyinə bel bağlayıb. Ümumilikdə isə 13 mütəxəssis istefaya göndərilmiş Alen Jiressi əvəzləməyə hazır olduiqlarını bildirib.

Qeyd edək ki, Seneqal millisinin baş məşqçi postu Alen Jiressin ötən ay istefaya göndərilməsindən sonra boşalıb. O, Afrika Millətlər Kubokunda yığmanın 9-cu pillə ilə kifayətlənməsi ilə əlaqədar qovulub.  

 


Xəbər xətti