Mahir Şükürov və Kamran Ağayevin komandaları bu gün növbəti oyuna çıxacaq

15:40 28 Fevral 2015

Bu gün futbol üzrə Türkiyə I Liqasında XXII turun daha 3 oyunu keçiriləcək.

 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin klubu "Manisaspor" "Antalyaspor"un qonağı olacaq.

 

Bakı vaxtı ilə saat 16:00-da başlanacaq görüş öncəsi "Antalyaspor" 36 xalla 4-cü, "Manisaspor" 20 xalla 16-cı pillədə qərarlaşıb. Eyni saatda millinin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" "Orduspor"u qəbul edəcək. Şükürov cəzasını yenicə başa vurub, komandası isə yeni baş məşqçi Ayhan Akmanın rəhbərliyi altında debüt edəcək. Bu oyunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də izləyəcək. Hazırda "Karşıyaka" 30 xalla 8-ci, "Orduspor" 11 xalla 18-ci pillədə yer alıb. Nəhayət, saat 20:30-da 43 xala malik lider "Kayserispor" özündən 3 xal geridə olan ən yaxın izləyicisi "Adana Dəmirspor"u sınağa çəkəcək. Meydan sahiblərinin heyətində qapıçı qismində Kamran Ağayevin I Liqada debüt edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Türkiyə I Liqasında XXII tura ötən gün "Boluspor" - "Bucaspor" matçı ilə start verilib. Millinin hücumçusu Vaqif Cavadovun son 7 dəqiqə ərzində meydanda olduğu görüş heç-heçə ilə nəticələnib - 2:2. 

 


Digər xəbərlər

Xəbər xətti