Azərbaycan Premyer Liqasının XXIV turunda “Bakı”nı qəbul edən “Xəzər Lənkəran” 2-1 hesablı qələbə qazandı.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Elbrus Məmmədov oyun haqqında fikirlərini bölüşüb.
“Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıq var idi, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə futbolçuları, rəhbərliyi tamaşaçıları təbrik edirəm. Müdafiəçilər bir qədər inamsız çıxış etdilər. Bu hadisələrlə ikinci hissədə qarşılaşmadıq. Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq. Ramazanov deyir ki, günah iş görmədim. Buna rəğmən, epizoda baxılacaq və qərar veriləcək”.