Türkiyə PTT I Liqasında XXII turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" da növbəti oyununa çıxıb.
İzmirlilər evdə "Orduspor"la qarşılışıb. Görüşdə "Karşıyaka" rəqibini darmadağın edib – 6:0.
Yığmamızın baş məşqçisi Robert Prosineçkinin stadiondan izlədiyi oyunda futbolçumuz meydana 66-cı dəqiqədə çıxıb.
Qeyd edək ki, "Karşıraka" 33 xalla 5-ci pillədə qərarlaşıb.