"Xəzər Lənkəran" istirahət etmədən kubok oyununa hazırlaşır

11:13 1 Mart 2015

Dünən doğma arenada “Bakı” klubu üzərində 2:1 hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” istirahət etmədən hazırlıqlarını davam etdirəcək.

 

 

Sportarena.az xəbər verir ki, bu gün, martın 1-də səhər saat 10:00-da oyunsonrası bərpa məşqinə çıxacaq komanda hazırlıq prossesinin ardından bir neçə saatlıq sərbəst buraxılacaq. Növbəti məşq isə artıq birisigün, martın 2-də paytaxtda keçiriləcək. Qeyd edək ki, “Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində martın 4-də səfərdə “İnter”lə üz-üzə gələcək. Cavab qarşılaşması martın 13-də “Fırtınalar meydanı”nda baş tutacaq.

 

Mənbə: 12cioyuncu.info

 


Digər xəbərlər

Xəbər xətti