Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin planı təxirə düşüb.
Sportarena.az xəbər verir ki, yığmanın təlim-məşq toplanışından sonra Türkiyədə qalan Prosineçki dünən millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka”nın XXII tur çərçivəsində “Orduspor”la oyununu canlı izləməyi planlaşdırsa da, bu, baş tutmayıb. Buna səbəb, xorvatiyalı mütəxəssis səhhətində problem yaranması və stadiona yollana bilməməsidir.
Qeyd edək ki, Prosineçki 2 gün öncə “Boluspor” - “Bucaspor” görüşünü də izləyib. Həmin matçda Bolu təmsilçisinin formasını geyinən Vaqif Cavadov cəmi 6 dəqiqə meydanda olub.