“Xəzər Lənkəran” dünən öz meydanında “Bakı” üzərində qələbə qazansa da, bu çətin ki, Elbrus Məmmədovun növbəti mövsümdə öz postunda qalmağına yardımçı olsun. Elbrus Məmmədov verdiyi açıqlamalarda bir-neçə dəfə may ayından sonra klubda qalmama ehtimalının böyük olduğunu bildirmişdi.
Xəzər Lənkəran” klubunda olan etibarlı mənbədən Sportarena.az saytına verilən məlumata görə, rəhbərlik artıq ona əvəzləyici də tapıb. Klubun fəxri prezidenti Mübariz Mənsimovun göstərişinə uyğun olaraq, bu yaxınlarda 50 yaşını qeyd edən və “ağ-yaşıllar”ın ilk baş məşqçisi kimi tarixə düşən Nazim Süleymanov yenidən Lənkəran təmsilçisini çalışdıra bilər.