“Mançester Siti”nin hücumçusu Stefan Yovetiç karyerasını “Liverpul”da davam edə bilər.
Sportarena.az xəbər verir ki, “qırmızılar” 25 yaşlı futbolçuya təklif göndərmək niyyətindədi.
Yovetiçin “şəhərlilər”lə hazırkı müqaviləsi 2018-ci il illərə qədərdi. O da Liverpul təmsilçisinə keçməkdə maraqlıdı. Çünki Vilfrid Boninin “Mançester Siti”yə transferindən sonra Stefanın adı Çempionlar Liqasının iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, 2013-cü ildən Mançester klubunda forma geyinən Yovetiç cari mövsümdə 24 matçda meydana çıxıb və rəqib qapılarından 5 top keçirib.