ÖZƏL: "Rəvan" və AFFA-nı qarşıdıran şəxs tapıldı

15:20 1 Mart 2015

Son günlərdə “Rəvan” klubu və AFFA arasında münasibətlər gərginləşməkdə davam edir. AFFA-nın baş katibi Elxan Məmmədovun “Rəvan” klubuna kəskin ittihamlarından sonra Nuru Əliyevin sahib olduğu komanda federasiya ilə aralarında olan bütün əlaqələri dondurdu. AFFA-dan gələn bütün maddi yardımlar geri göndərildi. Həmçinin, əldə etiyimiz məlumata görə, AFFA “Rəvan” klubuna icarəyə verdiyi stadionları da geri almaqla yanaşı, klubun texniki işçilərinin maaşlarını da ödəməkdən imtina edib.

 

 

Sportarena.az yaranan gərginliyin haradan qaynaqlandığını araşdırdı və ortaya maraqlı məqamlar çıxdı. Həmçinin, hadisələrin birbaşa kim tərəfindən idarə olduğunu da tapa bildik.

 

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə ötən illərdə Azərbaycan Premyer Liqasında çıxış etmiş “Rəvan” klubuna baş məşqçi kimi gəlib-getmək üzrə rekord vuran, hazırda isə “Rəvan” klubu akademiyasında direktor vəzifəsində işləyən  Bəhmən Həsənov AFFA və işlədiyi klub arasında vəziyyətin gərginləşməsində rol oynayan əsas şəxsdir.

 

Belə ki, Həsənov klubun vitse-prezidenti İlqar Axundovu Elxan Məmmədova qarşı qoyur, arada yaranmış soyuqluğun səngiməsini istəmir. Belə görünür ki, Həsənov Axundovu federasiyaya qarşı qaldırmaqla həm onun kreslosunu laxlatmaq, gələcəkdə o vəzifəyə sahib olmaq, həm də ötən illərdə klubuna qarşı qərəzli olan Elxan Məmmədovdan qisas almaq istəyir. Sadə dildə desək, Həsənov bir güllə ilə iki quş vurmağa çalışır.

 

Başqa bir məqam isə, bu güllənin üçüncü qurbanının müxtəlif yaş qruplarında “Rəvan”da çıxış edən uşaq və yeniyetmələrin olmasıdır. Əgər yaxın günlərdə Elxan Məmmədov və İlqar Axundov arasında vəziyyət daha da gərginləşərsə, klubun prezidenti Nuru Əliyev maliyyə cəhətdən problemlər yaşıya və klub məhv ola bilər. Çünki, daha öncə də qeyd etdiyimiz kimi, kluba indiyənə qədər AFFA tərəfindən ciddi maliyyə yardımları olub və bu maliyyə yardımları kəsilərsə, çətin ki Nuru Əliyev tək başına bütün bu problemlərdən baş aça bilsin.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti