Arda üçün 35 milyon təklib olunubmuş

16:18 1 Mart 2015

"Atletiko"da (Madrid) forma geyinən Arda Turanla yaxın münasibətdə olan Sinan Engin türkiyəli futbolçu üçün edilən təklifdən danışıb. 

 

 

 

Sportarena.az xəbər verir ki, Engin Ardaya 35 milyon avroluq təklif irəli sürüldüyünü, amma "Atletiko"nun türkiyəli futbolçunu satmadığını bildirib: "Monako" Xames Rodrigesi "Real"a 80 milyon avro qarşılığında satdıqdan sonra Ardaya görə "Atletiko" rəhbərliyi ilə görüşüb. Amma Madrid klubu Turanı satmaq istəməyib".

 

Ardanın meneceri Ahmet Bulud yaxınlarda açıqlama verərək, "Arda Turanın "Qalatasaray"a dönməsi mümkün deyil. Hazırda Ardaya hansısa bir təklif gəlməyib. Mövsümün sonunda futbolçumuzun "Atletiko"da qalıb-qalmayacağı haqda indidən danışmaq tezdi" deyib. Arda cari mövsümdə "Atletiko" forması ilə 31 oyunda meydana çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə edib. 

 


Digər xəbərlər

Xəbər xətti