Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Orduspor"la qarşılaşıb. Matç həmyerlimizin klubunun 6:0 hesablı qələbəsiylə başa çatıb. Mahir bu görüşün 66-cı dəqiqəsində meydana çıxıb.