Türkiyə PTT I Liqasında XXII turun növbəti oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” səfərdə “Girəsunspor”la qarşılaşıb.
Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Komandasının uduzduğu görüşdə təmsilçimizin adı “18-liy”ə daxil edilməyib.
Qeyd edək ki, aktivində 18 xal olan “Dənizlispor” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.