AFFA-dan növbəti saxtakarlıq: Bu dəfə "Xəzər Lənkəran"a qarşı

22:09 1 Mart 2015

Premyer Liqanın XXIV turunda keçirilən "Xəzər Lənkəran" - "Bakı" oyununun AFFA nümayəndəsi Oqtay Abdullayev səhvə yol verib.

 

 

 

Sportarena.az хəbər verir ki, bu barədə "Xəzər Lənkəran"ın mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu sosial şəbəkədəki şəхsi hesabında yazıb.

Klub rəsmisi oyuna 2000 biletin saldığını, ancaq protokolda 500 tamaşaçının göstərildiyini qeyd edib: "Adətən oyun başa çatdıqdan sonra AFFA nümayəndəsi stadionun direktorundan matça nə qədər bilet satıldığını soruşur və bu rəqəmi protokolda qeyd edir. "Xəzər Lənkəran" - "Bakı" oyununun AFFA nümayəndəsi "Neftçi"nin Sovet dönəmində avtobusunu sürən Oqtay Abdullayev idi. Görünür onun sayma qabiliyyəti bir avtobusun oturacaqları qədərdi. Matça 2000 bilet satıldığı halda, protokola 500 nəfər qeyd edib".

 


Digər xəbərlər

Xəbər xətti