Martın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşçilər arasında Dünya Kuboku yarışları keçiriləcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan yarışın ilkin mərhələsində “A” qrupunda Yaponiya, Polşa və ABŞ milliləri ilə mübarizə aparacaq.
“B” qrupunda isə ev sahibi Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları yarışacaq.
Qadın güləşçilər arasında Dünya Kuboku – 2015-in yarış cədvəli:
Şənbə, 07.03.2015
10.00-12.00 Birinci dövrə
12.00-14.00 İkinci dövrə
17.00-17.30 Yarışların açılış mərasimi
17.30-19.30 Üçüncü dövrə
Bazar, 08.03.2015
12.00-13.00 7-8 yer uğrunda görüş
13.00-14.00 5-6 yer uğrunda görüş
14.00-15.00 3-4-cü yer uğrunda final
15.00-16.00 1-2-ci yer uğrunda final
16.30 Mükafatlandıra mərasimi