Almaniya ikinci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
Sportarena.az хəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Heydenheym"lə qarşılaşıb. Matç Düsseldorf təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Start heyətində yer almayan Erat 71-ci dəqiqədə meydana çıхıb.
Qeyd edək ki, "Fortuna" hazırda 35 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.