Andrey Mureşan: "Xəzər Lənkəran" yenidən mənə təklif göndərərsə çox sevinərəm" - MÜSAHİBƏ

00:19 2 Mart 2015

"Xəzər Lənkəran"ın keçmiş rumıniyalı futbolçusu Andrey Mureşanın  Avrofutbol.com-a müsahibə verib.

 

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

 

 

 

- İlk sualımız  karyeranızı indi harada davam etdirməyiniz barədədir.

 

- Hal-hazırda "Şerif Tiraspol" üçün tər tökürəm.

 

 

 

- Bir neçə müddət  Azərbaycanda "Xəzər Lənkəran"ın heyətində oynamısınız. "Xəzər Lənkəran"la bağlı  hansı xatirələriniz var?

 

- Bəli Azərbaycan və "Xəzər Lənkəran" mənim üçün çox gözəl idi. Biz çox güclü idik. Çempionatda ikinci yeri tutduq və kuboku qazandıq. Lənkəran çox gözəl yer idi. Həm oranın gözəl insanlarını, həm də əsrarəngiz təbiətini unutmaq qeyri-mümkündür.

 

 

 

- "Xəzər Lənkəran"ın heyətində sizin üçün ən unudulmaz oyun hansıdır? 

 

- Mənim üçün ən yadda qalan oyun "İnter"lə  kubokun final oyunudur. Çox gözəl və unudulması qeyri-mümkün olan bir oyun idi.

 

 

 

- "Xəzər Lənkəran"ın hazırki durumundan xəbəriniz varmı? Oyunlarını izləmək imkanınız olurmu?

 

-Təbii ki, arada vaxtım olanda maraqlanıram. Rednikin gedişindən sonra "Xəzər Lənkəran"

çempionatda yaxşı nəticələr göstərmir.

 

 

 

- "Xəzər Lənkəran" azarkeşləri haqqında nə deyə bilərsiniz?

 

- Onları yaddan çıxartmaq olar ? Biz qalib gələndə də, məğlub olanda da onlar bizə dəstək olurdular. Onlar həqiqətən də bir nömrədirlər. Karyeram ərzində onlar qədər çılğın fanatlar görməmişdim.

 

 

 

- Yenidən "Xəzər Lənkəran"dan təklif gəlsə bura qayıdarsınızmı?

 

- Bəli. Əgər "Xəzər Lənkəran" yenidən mənə təklif göndərərsə çox sevinərəm. Və təkliflərini düşünmədən qəbul edərəm.

 

 

 

- Sonda "Xəzər Lənkəran" azarkeşlərinə sözünüz?

 

-Mən oları heç vaxt unutmaram. Mən onları sevirəm.

 


Digər xəbərlər

Xəbər xətti