Azərbaycan kubokunun 2 oyunu canlı yayımda

00:29 2 Mart 2015

Martın 4-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

 

 

Sportarena.az xəbər verir ki, iki oyunun başlama saatı müəyyənləşib. Həmin gün baş tutacaq "Neftçi" - AZAL matçı saat 17.00-da start götürəcək. Bundan iki saat sonra isə "Qəbələ" - "Simurq" oyunu başlayacaq. Hər iki oyun "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, 1/4 finalın digər iki oyununda "İnter" "Xəzər Lənkəran"ı, "Qarabağ" "Bakı"nı sınağa çəkəcək. Mərhələnin cavab görüşləri martın 13-də baş tutacaq.

   

 


Xəbər xətti