Ruslan Qurbanov yenə də oynamadı

11:01 2 Mart 2015

Xorvatiya çempionatında XXII turun oyunları keçirilib.

 

 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ruslan Qurbanovun formasını geyindiyi "Hayduk" doğma meydanında "Zadar"la üz-üzə gəlib.

Matç 2:2 hesabı ilə yekunlaşıb.Həmyerlimizin adı matçın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Hayduk" hazırda 33 xalla 4-cü pillədə qərarlaşıb.

 


Xəbər xətti