"Mourinyo dünyanın ən yaxşısıdır"

12:08 2 Mart 2015

Dünən İngiltərə liqa kubokunun finalında "Çelsi" "Tottenhem"i 2:0 hesabı ilə məğlub edərək 2015-ci ildə ilk kubokunu qazanıb. 
 

 

Sportarena.az xəbər verir ki, matçdan sonra "Tottenhem"in baş məşqçisi Maurisio Pokettino maraqlı açıqlamalar verib. Argentinalı mütəxəssis "Çelsi"nin baş məşqçisi Mourinyonu dünyanın ən yaxşısı adlandırıb: "Jose Mourinyoya heyranam, mənə görə, o, dünyanın ən yaxşısıdı. Onun komandası ilə finalda qarşılaşmaq mənim üçün şərəfdi. Futbolçu kimi onun komandasına qarşı oynamışdım, baş məşqçi kimi buna nail olduğuma görə çox xoşbəxtəm. Özümü şanslı hesab edirəm ki, Mou oyundan sonra komandamın oyununu tərifləyib".

 


Digər xəbərlər

Xəbər xətti