"Qəbələ" rumıniyalı transferini göndərdi

12:57 2 Mart 2015

“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb.

 

 

Sportarena.az xəbər verir ki, rumıniyalı dayaq yarımmüdafiəçisi Adrian Ropotan artıq vətəninə yola salınıb.

 

Mövsümün əvvəlində Dorinel Muntyanunun “Qəbələ”yə gətirdiyi 29 yaşlı oyunçunun yaya qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Bu xəbər klub rəsmiləri tərəfindən də təsdiqlənib.

 

Qeyd edək ki, Ropotan 2015-ci ildə “Qəbələ”ni tərk edən 4-cü futbolçu olub. Ona qədər qış fasiləsində Kamran Ağayev, Yazalde Pinto, Andrey Kristea və Markinyoş Karioka ilə yollar ayrılmışdı.

 

 


Digər xəbərlər

Xəbər xətti