Almaniya bundesliqasının 23-cü turunda dünən keçirilən “Bayer” – “Frayburq” oyununda qeyri-adi hadisə baş verib.
Sportartena.az xəbər verir ki, oyunun gedişatı zamanı hər iki komandanın 11 futbolçusundan 10-u qeyri-ixtiyari meydançanın mərkəzi hissəsinə yaxın yerdə cəmləşib.
Uzunluğu 27.6 metr, eni 21.5 metr olan meydançanın kiçik bir hissəsinə baş hakim də daxil olmaqla ümumilikdə 21 nəfər toplaşıb.