Sabiq "Xəzər Lənkəran"lı İndoneziyada - FOTO

14:12 2 Mart 2015

"Xəzər Lənkəran"da 2012 - 2013 mövsümündə çıxış edən xorvatiyalı futbolçu Roberto Alvizin yeni komandası bəlli olub.

 

 

 

Sportarena.az xəbər verir ki, futbolçu bundan sonra İndoneziya superliqasında mübarizə aparan "Persebaya" klubu ilə müqavilə bağlayıb.

 

"Persebaya"   İndoneziyanın ikinci ən böyük şəhəri Surabyanın təmsilçisidir.

 

Qeyd edək ki, Alves "Xəzər Lənkəran"da 45 oyunda 5 qol, 17 sarı kart almışdır, 4 qolu penaltidən vurmuşdur.

 


Digər xəbərlər

Xəbər xətti