Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adamla görüşüb.
Sportarena.az xəbər verir ki, görüşdə U-19 yığmamızın Finlandiya və İrlandiyada keçirilmiş təlim-məşq toplanışları, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.