Xəbərimiz təsdiqini tapdı: "Qarabağ"la 3 illik müqavilə bağladı

17:18 2 Mart 2015

“Qarabağ” bu günlərdə Bakıya gətirdiyi Dani Kuintana ilə münasibətləri rəsmiləşdirib.

 

 

 

Sportarena.az xəbər verir ki, ispaniyalı hücumçu az öncə müqaviləyə qol çəkib.

 

28 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Lakin bu anlaşma yaydan etibarən qüvvəyə minəcək. Çünki futbolçu azad agent statusu daşısa da, bu mövsüm 2 komandanın formasını geyindiyi üçün yaya qədər “Qarabağ”da oynaya bilməz. Kuintana komandaya uyğunlaşmaq üçün mövsümün sonuna qədər kollektivlə birgə məşqlərdə iştirak edəcək.

 

Qeyd edək ki, futbolçunun müqaviləsinin şərtləri haqqında ilk olaraq biz məlumat vermişdik ( http://sportarena.az/news/32484 ).

 


Digər xəbərlər

Xəbər xətti