Con Terri: "Milliyə qayıtmaq fikrim yoxdu"

23:24 2 Mart 2015

“Çelsi”nin kapitanı Con Terri yenidən İngiltərə millisinə dəvət alıb.

 

 

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı müdafiəçi yığmaya qayıtmaqdan imtina edib.

 

“Dumanlı Albion” təmsilçisinin baş məşqçisi Roy Hodson Avro-2016-nın seçmə mərhələ oyunlarında Terrinin xidmətindən yararlanmaq niyyətinə düşüb. Lakin veteran futbolçu bir daha yığmanın formasını geyinməyəcəyini açıqlayıb: “Uembli”də həmişə möhtəşəm atmosfer olur. Bu, dünyanın ən gözəl stadionlarından biridi. Amma milliyə qayıtmaq fikrim yoxdu”.

 

Qeyd edək ki, Con Terri 2003-2012-ci illər ərzində İngiltərə yığmasının heyətində 78 oyun keçirib, 6 qola imza atıb.

 


Digər xəbərlər

Xəbər xətti