"Ayaks" ulduz futbolçu ilə müqaviləni uzatdı

23:41 2 Mart 2015

Hollandiya Eradivizionunda çıxış edən “Ayaks”, danimarkalı yarımmüdafiəçisi Lasse Skhönenin klubla müqaviləsini 2016/2017 mövsümünə qədər uzadıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilənin uzadılmasından razı qaldığını bildirən Lasse, həm də gələcək barədə planlarının dəqiqləşdiyini açıqlayıb. 28 yaşlı yarımmüdafiəçi 2 dəfə çempionluq yaşadığı klubun parçası olduğundan məmnunluğunu da ifadə edib.

 

Qeyd edək ki, “Ayaks” Skhöneni 2012-ci ildə Hollandiyanın “NEC Nijmeqen” klubundan transfer etmişdi. Futbolçu çıxdığı 115 rəsmi oyunda 31 qol vurmağı da bacarıb.


Digər xəbərlər

Xəbər xətti