Baş məşqçisi Mahir Şükürova xəbərdarlıq etdi

00:02 3 Mart 2015

Türkiyə birinci liqasında çıxış edən "Karşıyaka"nın yeni baş məşqçisi Ayhan Akman "Orduspor" üzərində qələbəni şərh edib.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis futbolçularını tərifləməklə yanaşı, onlara xəbərdarlıq edib.

"Bu qələbə bizim üçün çox vacib idi. Ancaq rəqib gənclərlə mübarizə apardı. Böyükhesablı qələbə komandada vəziyyətin yüksək olması anlamına gəlmir və bu oyun ölçü sayıla bilməz. Qarşıdakı 12 qarşılaşmada maksimum nəticə göstərməliyik. Rəqibləri təhlil edərək, hər oyuna görə heyət seçəcəyik".

Liqada bu həftə "Qaziantep Büyükşehir Belediyespor"un qonağı olacaqlarını deyən "Karşıyaka"nın baş məşqçisi Ayhan Akman, fikrini belə tamamlayıb: "İndiyə qədər komanda 11 səfər oyunundan 3-də qalib gəlib. Güclü rəqibə qarşı oynayacağıq. Səfər sindromunu mütləq qırmalıyıq".

Xatırladaq ki, "Karşıyaka"nın "Orduspor"u 6:0 hesabı ilə məğlub etdiyi oyunda futbolçumuz Mahir Şükürov 25 dəqiqə meydanda olub.

 


Digər xəbərlər

Xəbər xətti