Arda Turan İngiltərə yolunda?

00:16 3 Mart 2015

“Atletiko”nun türk ulduzu Arda Turan karyerasını İngiltərədə davam etdirə bilər.

 

 

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə “Liverpul” yaxından maraqlanır. İddiaya görə Premyer Liqa klubu Ardanı artıq 1.5 ildir ki, izləyir. “Liverpul”un baş məşqçi Brendan Roversin istəyi ilə çalışmalara başladığı və bu transfer üçün 25 milyon avro ayırdığı bildirilir. 

 

 Arda transferini azarkeşlər də dəstəkləyir. Belə ki, bu barədə keçirilən bir sorğuda azarkeşlərin 88%-i Arda Turanı “Anfield Road”da görmək istədiyini deyib.

 

  Qeyd ədək ki, “Atletiko”nun prezidenti Enrike Serezo daha əvvəl Arda istəmədiyi müddətcə onu satmayacaqlarını açıqlamışdı.

 


Xəbər xətti