Emil Balayev üçün şans

11:04 3 Mart 2015

Milli komandamızın qapıçısı Emil Balayevin klubu “Ayntraxt”dakı rolu dəyişəcək.

 

 

 

Sportarena.az xəbər verir ki, gənc qolkiper gələn mövsümdən Bundesliqa təmsilçisinin 2-ci qapıçısına çevriləcək.

 

Həmkarlarımızın yazdığına görə, buna səbəb hazırda bu vəzifəni icra edən Feliks Vidvaldın komandadan ayrılmağa hazırlaşmasıdı. Kevin Trappın əvəzedicisi olmaqdan bezən 25 yaşlı qolkiper oynaya biləcəyi bir komandaya keçmək fikrindədi. Klub rəhbərliyi də onun bu istəyinə qarşı çıxmır. Bu səbəbdən də baş məşqçi Tomas Şaaf millimizin üzvünə diqqəti artırıb. Təcrübəli mütəxəssis gənc qapıçımızın gələcəkdə “1 nömrə” olacağına da inanır.

 

Qeyd edək ki, Balayev qış fasiləsində “Neftçi”dən transfer olunduğu “Ayntraxt”da hələ debüt etməyib.

 


Digər xəbərlər

Xəbər xətti