"Qəbələ"dən ayrılır, karyerasını bitirəcək

11:34 3 Mart 2015


“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq müdafiəçisi Vladimir Levin “qırmızı-qaralar”la vidalaşıb.

 

 

 

Sportaren.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən 31 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıqla ləğv edilib. Levinin klubla anlaşması cari mövsümün sonuna qədər idi. Lakin zədəsi ciddi olduğundan, onun burda qalmasına ehtiyac duyulmayıb. Artıq vətəni Ukraynada, ailəsinin yanında olan Levin çox güman ki, karyerasını bitirəcək.

 

Qeyd edək ki, 9 il şərəfini qoruduğu “İnter”dən 2013-cü ildə “Qəbələ”yə keçən Vladimir Levin ümumilikdə Azərbaycan Premyer Liqasında 231 oyun keçirib, 14 qola imza atıb. Milliləşdirilmiş müdafiəçi 28 dəfə də Azərbaycan yığmasının formasını geyinib.

 


Digər xəbərlər

Xəbər xətti