"Qəbələ" "Simurq"la oyuna itkilərlə hazırlaşır

11:46 3 Mart 2015

Martın 4-də öz meydanında “Simurq”la qarşılşacaq “Qəbələ”də yerli oyunçu qıtlığı davam edir.

 

Klubdan sportarena.az saytına verilən məluymata görə, “Qarabağ”la oyundan öncə zədələnən Ruslan Əmircanov, Rəşad Sadiqov və Cavid Hüseynov hələ də məşqlərə başlaya bilməyib. Onlar çox güman ki, “Simurq”la oyunu da buraxmalı olacaq.

 

Qeyd edək ki, Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunlarından olan “Qəbələ” – “Simurq” qarşılaşması martın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti