"Xəzər-Lənkəran"da son durum : Cəlilov sağaldı, Skarlatake məşqi yarımçıq dayandırdı

12:39 3 Mart 2015

Sabah Azərbaycan kubokunun ¼ finalının ilk oyununda səfərdə “İnter”lə qarşılaşacaq “Xəzər Lənkəran”da zədəlilərlə bağlı duruma aydınlıq gəlib.

 

 

Klubdan sportarena.az saytına verilən məlumata görə, müdafiəçi Tural Cəlilov zədəsini sağaltsa da, Manuel Skarlatake məşq zamanı yenidən ayağında ağrılar hiss edib və məşqi yarımçıq dayandırıb. Onun sabahkı matçda oynamaq şansları yenidən azalıb.

 

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” matçı sabah saat 17:00-da “İnter Arena”da oynanılacaq.


Xəbər xətti