"Olimpiakos"un prezidenti futbolçuları "soydu"

12:43 3 Mart 2015

Yunanıstanın "Olimpiakos" futbol klubunun prezidenti Yevangelos Marinakis komandanı 500 min avro cərimələyib.

 

 

Sportarena.az "France Presse" agentliyinə istinadən xəbər verir ki, buna komandanın qeyri-qənaətbəxş nəticələri səbəb olub. 

Y.Marinakis oyunçulara müraciətində deyib: "Olimpiakos" Yunanıstanın dahi klublarındandır. Hər biriniz üçün bu komandada oynamaq şərəf olmalıdır. Kluba və onun tarixinə sayqı ilə yanaşmalısınız. Əks halda, özünüzdə bizi könüllü tərk etməyə cəsarət tapın. "Olimpiakos"da oynadığınız müddətdə bacarığınızı maksimum ortaya qoymalı və kluba xeyir verməlisiniz". 

Qeyd edək ki, "Olimpiakos" son oyunlarında Ukrayna "Dnepr"inə Avropa Liqasının 1/16 finalında ümumi hesabda yenilib - 0:2, 2:2. Komanda Yunanıstan Kubokunun 1/4 finalında II Divizion təmsilçisi AEK-lə heç-heçə edib. Ölkə çempionatının 25-ci turunda isə "Olimpiakos" derbidə "Panatinaikos"a yenilib - 1:2. 

 


Digər xəbərlər

Xəbər xətti