AFFA-dan texniki məğlubiyyət

14:25 3 Mart 2015

Azərbaycan birinci divizion təmsilçisi "Kəpəz" klubuna texniki məğlubiyyət verilib.

 

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna "Kəpəz"in futbolçusu  Ramil Həşimzadənin birinci divizionn 17-ci turunda "Zirə"yə qarşı matçı buraxmalı olduğu halda oyunda iştirakı səbəb olub. Buna görə də "Kəpəz"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, "Zirə" - "Kəpəz" qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

 


Digər xəbərlər

Xəbər xətti