"Voleyboldan sonra polisdə işləmək istərdim" - MÜSAHİBƏ

18:40 3 Mart 2015

"Lokomotiv" voleybol klubunun çexiyalı oyunçusu Aneta Havliçkova növbəti dəfə müsahibə verib. 

 

 

 

 

Sportarena.az hücumçunun klubun rəsmi saytına açıqlamasını diqqətinizə çatdırır. 

 

Voleybol oynamağa 10 yaşında başlamışam. O zaman mən gələcək karyeramı düşünmürdüm, çünki eyni vaxtda üzgüçülüklə də məşğul olurdum. Seçim etməli oldum, çünki eyni il ərzində hər iki idman növünə gedirdim. Valideyinlərim və dostlarımın əksəriyyəti artıq voleybolda idi və ona görə voleybola gəlmək mənim üçün daha asan oldu. Əvvəlcədən oyuna çox ciddi yanaşırdım və bütün imkanlarımdan istifadə etməyə çalışırdım, özümə qarşı isə çox tələbkar idim. Dünyanın ən yaxşı oyunçusu olmaq arzusunda olmamışam, məni maraqlandıran tək şey nəticə idi. Məsələn, oyundan sonra əgər hesab edirdim ki, yaxşı oynamışam, özümdən razı qalırdım. 16 yaşında məni yalnız voleybol maraqlandırırdı. Lakin bir neçə zədədən sonra mən fərqli düşünməyə başladım. Anladım ki, idman karyeramı bitirdikdən sonra, başqa bir işlə də məşğul olmaq lazımdır. Bu səbəbdən mən Polis Akademiyasını bitirmişəm, bakalavr dərəcəsindəyəm. Voleyboldan sonra polisdə işləmək istərdim, kriminalistika çox xoşuma gəlir, məsələn narkomaniyaya qarşı mübarizə sistemi.

 

- Voleybolun unikallığı nədir?

- Məhz voleybolu seçməyimin səbəbi odur ki, voleybol nəinki komanda oyunudur, insanın şəxsi inkaşafına da kömək edir. Çoxlu dostlar əldə edirsən. Mənə elə gəlir ki, bütün komanda oyunlarından öz qaynaşma xüsusiyyətinə görə voleybol daha maraqlıdır.

 

- Sizin güclü və zəif tərəfləriniz hansılardır?

- Mənim güclü və eyni zamanda zəif tərəfim odur ki, özümdən hər şeyi 100% tələb edirəm. Çünki özümü hər zaman inkişaf etdirmək istəyirəm. İndi isə mən balans tapmışam və oyundan həqiqətən də zövq ala bilirəm.

 

- “Lokomotiv” oynadığınız digər komandalardan nə ilə fərqlənir?

- Düşünürəm ki, “Lokomotiv” digər komandalardan müsbət cəhətdən çox fərqlidir. Burada mən özümü çox rahat hiss edirəm, heç bir təzyiq yoxdur. Məsələn, keçən il mən başqa komandada çıxış edirdim və orada oyunçulara böyük təzyiq göstərilirdi. Bu çox pis haldır. Çünki insana təzyiq göstəriləndə, bundan heç nə alınmır. Özümü bu komandada çox rahat hiss edirəm, çünki əminəm ki, pis oynasam da belə, arxamda mənə dəstək olan komandam durub.  

Burada bu il mənim ikinci mövsümümdür. Hər şey çox dəyişib. Şəhər,insanlar, bizim komanda. Voleybol getdikcə çox inkişaf edir.

 

- Fanatlar sizin haqqınızda nələri bilməlidir?

- Oyun meydançasında və ondan kənarda mən çox fərqliyəm. Bəzi dostlarım mənim oyunlarımı izlədikdən sonra deyirdilər ki, oyunda mən çox özümdən razı görünürəm. Özümü çox yaxşı tanıyıram və oyunda ciddi olmalıyam, çünki gülən kimi,  özümü zəif idarə edə bilərəm. Əgər oyunda bütün bacardığımı etmək istəyirəmsə, diqqətimi cəmləşdirməliyəm. Oyundan sonra mən yenidən əvvəlkiyəm. Və düşünmürəm ki, özümdən çox razıyam.

 

- Öz həyatınızdan razısız?

- Deyə bilərəm ki, öz həyatımdan çox razıyam, çünki 10 il əvvəl peşəkar karyeramın başlanğıcında arzu etdiyim hər şeyi indi artıq əldə etmişəm. Həyatımın bütün sahələrinin düzgün təşkil olunması mənə xöşbəxtlik hissi bəxş edir, məsələn ailəm, şəxsi həyatım, işim.  

Mənim həyət kredom budur: "Dünənki gündən öyrən, bu günkü ilə yaşa, sabahkına ümid et!"

 

- Loko fanatlar?

- Mən müsbət cəhətdən çox təcüblənirəm. 2 il öncə mən burada oynayanda voleybol indiki kimi yüksək səviyyədə deyildi. İdman zalında bu qədər adam görmək çox xoşdur. Oyun vaxtı oyunçulara bu çoxlu enerji bəxş edir. Bizim fanatlarımız komandamızı hər yerdə izləyir, onlar möhtəşəmdir. Əminəm ki, ən yaxşı fanatlar məhz bizim komandaya məxsusdur. Matç zamanı mən fikirlərimi yalnız oyunun üzərində cəmləşdirirəm, lakin buna baxmayaraq mən fanatları eşidirəm və onlardan gələn enerjini hiss edirəm. Komanda xal qazananda, onlar bizə təsir göstərmklə bizi daha da çox xal qazanmağa məcbur edirlər. 

 


Xəbər xətti