U-19 millimizin İrlandiyaya son səfəri zamanı xoşagəlməz olay yaşanıb.
Sportarena.az xəbər verir ki, irlandlarla ilk yoxlama görüşündən bir gün öncə baş məşqçi Nikolay Adanla Budaq Nəsirov arasında qalmaqal yaşanıb.
Belə ki, Budaq axşam yeməyinə gec düşdüyü üçün baş məşqçi ilə aralarında mübahisə yaranıb. Adam Budağın nizam-intizamı pozduğunu və özünü məsuliyyətsiz apardığını əsas gətirərək, onu düşərgədən qovub. Almaniyalı məşqçi "Sumqayıt"ın futbolçusunu Fransada keçiriləcək elit raunda da aparmaq fikrində deyil.