Avropa futbol çempionatlarının yüksək liqalarında çalışan ən yaşlı baş məşqçinin kimliyi müəyyənləşib.
Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi Stanko Poklepoviçdir.
2010-cu ildən Split təmsilçisini çalışdıran 76 yaşlı mütəxəssis Avropanın ən yaşlı baş məşqçisi olub.
Poklepoviçə qədər ada "Zadar" (Xorvatiya) klubunun sabiq çalışdırıcısı Miroslav Blazeviç sahib idi. Lakin 2014-cü ilin əvvəllərində komandadan ayrılan 80 yaşlı Blazeviç hazırda işsiz olduğu üçün Avropanın ən yaşlı baş məşqçisi Poklepoviç seçilib.
Qeyd edək ki, "Neftçi"nin futbolçusu Ruslan Qurbanovun icarə əsasında çıxış etdiyi "Hayduk" Xorvatiya çempionatında 23 turdan sonra 33 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.