“Çelsi”nin mərkəz müdafiəçisi Con Terri növbəti mövsüm də London klubunun şərəfini qoruyacaq.
Sportarena.az xəbər verir ki, bu haqda “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo deyib.
“Çelsi” İngiltərə Premyer Liqasının XXVIII turu çərçivəsində sabah səfərdə “Vest Hem”lə qarşılaşacaq. Oyunöncəsi portuqaliyalı çalışdırıcı mətbuat konfransı keçirib. O, 34 yaşlı kapitanın klubda qalacağını bildirib: “Mançester Siti”dən 5 xal öndəyik. Premyer Liqada hər oyun çətin olur. Terri komandadan gedəcəkmi? Buna zəmanət verirəm, o növbəti mövsüm də “Çelsi”də qalacaq. İstənilən böyük oyunçunu əvəz etmək çətindi”.
Qeyd edək ki, Con Terri 1998-ci ildən “Çelsi”də çıxış edir.