"Nyukasl"ın azarkeşi Afrikada dəhşətli şəkildə həyatını itirib.
Sportarena.az xəbər verir ki, çılğın "Nyukasl" azarkeşi olan Con Kirsli həyat yoldaşı ilə getdiyi Tanzaniyada zebranın hücumuna məruz qalıb.
Evliliklərinin 10-cu ilini qeyd edən cütlük Tanzaniyada zebra ovuna çıxmaq fikrinə düşüb. Lakin bu vaxt Conun əynindəki ağ-qara zolaqlı "Nyukasl" forması zebralardan birinin "diqqətini çəkib".
Erkək zebranın hücumuna məruz qalan Con aldığı yaralardan yerindəcə keçinib. Maraqlıdır ki, 2009-cu ildə də "Nyukasl" formasında olan bir azarkeş zebra tərəfindən öldürülmüşdü. Artıq "sağsağanlar"ın tərəfdarları zebraların yaşadığı "qara qitə"yə səfər zamanı sevimli klubunun formasını geyinməklə bağlı ciddi düşünməli olacaq.