Türkiyə kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, Superliqanın lideri “Qalatasaray” doğma meydanda millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi “Manisaspor”la qarşılaşıb. “Cim-Bom" azərbaycanlı futbolçunun komandasını 4 cavabsız qolla məğlub edib. Görüşdə Subaşiç 46-cı dəqiqədən mübarizəyə qoşulub.
Türkiyə kuboku, 1/4 final, ilk oyun
03 mart
“Qalatasaray - “Manisaspor” 4:0
Qollar: Cemaili, 34, Əmrə, 40-pen, Pandev, 68; 88