Mariya Stadnik ikinci, Yuliya Ratkeviç dördüncü sırada

12:18 4 Mart 2015

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

 

 

 

Sportarena.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var. Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu Mariya Stadnik 2-ci pilləyə yüksəlib. Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Yuliya Ratkeviç isə 2 pillə gediləyərək 4-cü sırada qərarlaşıb.

 

48 kq
2. Mariya Stadnik - DÇ 3-cü yer (4)

58 kq
11. İrina Netreba – Paris Qran Pri turniri 3-cü yer (12)

60 kq
4. Yuliya Ratkeviç - DÇ 2-ci yer (2)
12. Nataliya Sinişin - Paris Qran Pri turniri 2-ci yer (11)

69 kq
17. Nadya Muşka Sementsova - Klippan turniri 5-ci yer (19)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

 


Xəbər xətti