Asiya Çempionlar Liqasında maraqlı hadisə baş verib.
Sportarena.az xəbər verir ki, Çinin "Şandun Lunen" komandası Cənubi Koreyanın "Çonbuk Motors"unu öz meydanında qəbul edib və 1-4 hesabı ilə məğlub olub.
Oyunun 79-cu dəqiqəsində ev sahiblərinin hücumçusu Yan Xu Maradonanın məşhur "Allahın əli" hərəkətini təkrarlamaq istəyib. Lakin onun bu cəhdi fiaskoya uğrayıb. Belə ki qarşısında ikinci sarı vərəqəni görən futbolçu meydandan qovulub.