Xavi "Barselona"dan ayrılır

13:22 4 Mart 2015

"Cadena Ser"in xəbərinə görə, ispan futbolçu Nyu-York klubunun təmsilçiləri ilə bir araya gəlib və razılıq əldə olunub. Görüşdə həmçinin Xavinin atası və meneceri İvan Korretxa da iştirak edib.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin növbəti MLS mövsümündən etibarən "Nyu-York Siti"nin şərəfini qoruyacağı gözlənilir.

"Nyu-York Siti"də Xavinin sabiq komanda yoldaşı David Vilya çıxış edir. Onunla yanaşı, Frenk Lempardın da müqavilə haqları məhz ABŞ klubuna məxsusdu.


Digər xəbərlər

Xəbər xətti