Çempionlar Liqasının biletləri satışa çıxarılır

13:27 4 Mart 2015

Çempionlar Liqasının final matçının biletləri sabahdan satışa çıxarılacaq. 
 

 

Sportarena.az xəbər verir ki, Berlində keçiriləcək həlledici görüşün biletlərinin qiyməti də açıqlanıb. 

Ən ucuz biletin qiyməti 70, ən bahalının isə 390 avro olacaq. 70.500 tamaşaçı tutumuna malik Berlin Olimpiya stadionunda neytral azarkeşlərə 46 min, finalçı komandalara isə 20 min bilet ayrılacaq.

Qeyd edək ki, iyunun 6-da keçiriləcək Çempionlar Liqasının final oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti