"Qəbələ"nin sabiq baş məşqçisi Rumıniya klubunda

15:43 4 Mart 2015

"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Munteanunun yeni iş yeri müəyyənləşib.

 

Sportarena.az  "dolce-sport.ro"ya istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin "Astra" klubunu çalışdıracaq.

O, "Astra"nın baş məşqçi vəzifəsində istefaya göndərilmiş ukraynalı mütəxəssis Oleq Protasovu əvəzləyib.

Qeyd edək ki, ötən ilin yayında "Qəbələ"yə baş məşqçi təyin olunan Munteanu qış fasiləsinə az qalmış komandadan göndərilib. 

 


Digər xəbərlər

Xəbər xətti