Hollandiya Kral Futbol Federasiyası Enshedenin "Tvente" klubunu cəzalandırıb.
Sportarena.az xəbər verir ki, bir müddət əvvəl federasiya kluba maliyyə problemlərini həll etməsiylə bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlıqdan nəticə çıxarmayan "qırmızılar" federasiyanın qəzəbinə düçar olub. Belə ki, Hollandiyanın ali futbol qurumu klubun hesabından 3 xal silib.
"Tvente" klubunun rəhbərliyi qərarla bağlı appelyasiya verəcək. Klub hazırda Erediviziyada 8-ci pillədə qərarlaşıb.
Cari mövsümdə "Tvente"nin avrokuboklarda yolunu "Qarabağ" kəsmişdi. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda 0:0 bərabərə qalan klubların Enshededəki görüşündə 1:1 hesabı qeydə alınmışdı ki, bu da təmsilçimizə qrup mərhələsinə adlamağa kifayət etmişdi.