İbrahim Uzunca: "Təşvişə düşdük"

19:22 4 Mart 2015

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “Qarabağ” “Bakı”nı 3-0 hesabı ilə məğlub edərək, mərhələnin taleyini həll etdi.
 

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi İbrahim Uzunca oyun barədə fikirlərini bölüşüb:

"Birinci hissədə bir qədər həyəcanlı görsənirdik. Təşvişə düşdük və qollar buraxdıq. İkinci hissədə isə toparlanıb, daha cəsarətli oynadıq, öz oyunumuzu tapdıq. "Qarabağ" çox güclü komandadır. Azərbaycanın qürurudur. Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlindən gələni etdilər”.

 


Digər xəbərlər

Xəbər xətti