Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – AZAL oyununda qapılara qol vurulmadı.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Arif Əsədov oyun haqqında fikirlərini bölüşüb:
“Qrafik sıxdır. Ona görə də bu gün bəzi futbolçuları oyunun gedişində meydançaya buraxdıq. İlk oyunda heç-heçəyə baxmayaraq, növbəti matça ümidlə baxıram. Bəzi imkanlardan istifadə edə bilmədik. Ümumilikdə komandadan razıyam. Qarşıdakı oyuna hazırlaşmalıyıq. Kubok matçlarında hər şey cavab oyununda həll olunur”.